Modern.az

Bakıda öz həmyerlisini öldürən özbək tutuldu

Bakıda öz həmyerlisini öldürən özbək tutuldu

6 May 2013, 14:41

Mayın 5-də Nəsimi rayonu ərazisindəki Kliniki Tibbi Mərkəzin həyətinə döş qəfəsəsində bıçaq xəsarəti olan 20-25 yaşlı kişi meyiti atılıb. Daxili İşlər Nazirliyindən bu barədə Modern.az-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Hökməli qəsəbəsinin ərazisindəki kafedə Özbəkistan vətəndaşı Nizaməddin İsabayev tərəfindən münaqişə zəminində qətlə yetirilməsi müəyyən edilib.

N.İsabayev tutulub və izahatında qətlə yetirdiyi şəxsin Özbəkistan vətəndaşı Ənvər olmasını bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü