Modern.az

Rusiyadakı iki azərbaycanlı milyoner arasında dava düşdü - QALMAQAL

Rusiyadakı iki azərbaycanlı milyoner arasında dava düşdü - QALMAQAL

Təhsil

6 May 2013, 16:09

Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin sədri, iş adamı Vaqif Məmişov Modern.az saytına göndərdiyi müraciətində son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitələrində onun haqqında yayılan məlumatlardan narahatlıq ifadə edib. O, Rusiyada yaradılan “Milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqovla birgə olmadığını bəyan edib. V.Məmişov bildirib:

- Azərbaycan mediasında Söyün Sadıqovun Gürcüstan azərbaycanlılarından ibarət gənclər hərəkatının yaradılması ilə bağlı guya tərəfimdən hərəkata köməklik göstərilməsi və fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaranmasına xidmət edən  informasiyalar dərc edilib.

Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin bütün üzvləri cəfəng dolu həmin yazılarda əks olunanları və Söyün Sadıqovun son dövrlərdə nəinki bu istiqamətdə atdığı addımları, bütövlükdə azərbaycanlılara və müstəqil Azərbaycan Respublikasına, onun dövlətçiliyinə qarşı məntiqsiz, arqumentsiz açıqlamalarını qətiyyətlə pisləyir. Gürcüstan azərbaycanlılarının adından danışmağa mənəvi haqqı olmayan Söyün Sadıqov doğulduğu rayonda, bölgədə maddi cəhətdən qayğıya ehtiyacı olan insanlara köməklik etmək əvəzinə öz məkrli niyyətlərinə, ambisiyalarına çatmaq üçün bu gün onları siyasi avantüralara sürükləməyə cəhd edir.

Söyün Sadıqov dərk etməlidir ki, Gürcüstanda yaşayan azərbaycanlılar həmin dövlətin vətəndaşları olaraq ölkədə həyata keçirilən islahatlarda fəal iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının irəliyə doğru atdığı hər bir addımının, qazandığı nailiyyətlərinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız kimi onları da ruhlandırır, müstəqil dövlətimizə inamlarını, milli hisslərini və gələcəyə ümidlərini artırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasəti daim dəstəkləyən və mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini Sankt Peterburqun ən möhtəşəm sarayında təntənə ilə qeyd etməyə hazırlaşan biz azərbaycanlılar bundan sonra da prezidentimizin ətrafınızda sıx birləşməklə, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə  üzərimizə  düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün imkan və bacarıqlarımızı səfərbər edəcəyik.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır