Modern.az

Bişkek Bəyanatında Qarabağ münaqişəsinin nizamlanması yer aldı

Bişkek Bəyanatında Qarabağ münaqişəsinin nizamlanması yer aldı

Aktual

27 May 2013, 16:01

Bu gün Bişkekdə Ermənistan xarici işlər nazirinin rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda beynəlxalq və regional məsələlərlə bağlı yanaşmaları əks etdirən bəyanat təsdiq ediblər.

Bəyanatda həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli də qeyd edilib. “KTMT ölkələri, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıdır, BMT və Helsinki Yekun Aktının Nizamnaməsi əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinin əsas prinsipləri, xüsusilə ilə güc tətbiq etməmək və təhdiddn çəkinmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetməsinə aid olan prinsipləri üzərində işləmək üçün ATƏT-in Minsk qrupunun əhəmiyyətini vurğulayır”.  

Aytən ƏLİYEVA

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü