Modern.az

Etibar Məmmədovun qardaşı vəfat edib

Etibar Məmmədovun qardaşı vəfat edib

29 Mart 2010, 15:25

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun qardaşı Eldar Məmmədov vəfat edib. Bu barədə AMİP mətbuat və informasiya katibi Əli Orucov məlumat verib.
Ə.Orucov bildirib ki, AMİP liderinin 57 yaşlı qardaşı uzun müddət idi ki, xəstə imiş. Onun sözlərinə görə, E.Məmmədov martın 28-də dünyasını dəyişib, elə həmin gün də dəfn olunub.
Mərhum Eldar Məmmədov əvvəllər turizm sektorunda dövlət vəzifəsində çalışıb.


Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır