Modern.az

“Əli Kərimli yalnız Milli Şuranın namizədi kimi seçkiyə qatıla bilər”

“Əli Kərimli yalnız Milli Şuranın namizədi kimi seçkiyə qatıla bilər”

Təhsil

16 Avqust 2013, 13:41


“Əli Kərimlinin Xalq Cəbhəsinin namizədi kimi seçkiyə qatılmaq niyyəti yoxdur. O, yalnız Milli Şuranın vahid namizədi kimi prezident seçkilərinə qatıla bilər”. Bunu Modern.az-a açıqlamasında AXCP-nın sədr müavini Fuad Qəhrəmanlı deyib.                                                                

Fuad Qəhrəmanlının sözlərinə görə, bu cür məsələlər son variant olaraq ortaya atıla bilər.  “Nə vaxt Milli Şuranın qərarı, istəyi olarsa ki, Əli Kərimli Milli Şuranın vahid namizədi kimi seçkidə iştirak etsin, o zaman Əli bəy, bu məsuliyyəti öz üzərinə götürməyə hazırdır. İndiki halda, hələlik Rüstəm İbrahimbəyovun namizədliyi qüvvədədir”.

 

Namidə BİNGÖL

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır