Modern.az

Bakcell diler şəbəkəsini genişəndirir

Bakcell diler şəbəkəsini genişəndirir

Təhsil

13 Sentyabr 2013, 13:48

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən Bakcell şirkəti abunəçilərini sevindirməkdə davam edir. Müştərilərini ən yaxşı xidmətlə təmin etmək üçün Bakcell Bakı və ölkənin bütün regionlarını əhatə edən Müştəri Xidmətləri və Diler Mağazaları şəbəkəsini yaradıb.

Xidmət keyfiyyətinin mükəmməlləşdirilməsi üzərində daim çalışan Bakcell şirkəti diler mağazaları şəbəkəsinə bir yenisini əlavə edib.

Daşkəsən şəhərində yenicə fəaliyyətə başlayan diler mağazası müştərilərinə təklif etdiyi yüksək səviyyəli xidmətlə qısa zamanda rəğbət qazana bilib.

Qeyd edək ki, sözügedən mağaza Daşkəsəndə Bakcell-in ilk diler mağazasıdır və Bakcell-in bütün məhsullarını təklif edir. Mağaza həm satış məntəqəsi, həm də xidmət mərkəzi kimi xidmət göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır