Modern.az

Bakı metrosunda yenilik - qatarların qrafiki dəyişir

Bakı metrosunda yenilik - qatarların qrafiki dəyişir

Təhsil

13 Sentyabr 2013, 14:05

Sentyabrın 16-dan Bakı Metropolitenində qatarların payız qrafiki üzrə hərəkətinə keçilir. Yeni qrafikə əsasən, «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqə olacaq. «28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq - 4 dəqiqəyə bərabər olacaq. 

Modern.az Bakı Metropoliteninə istinadən bildirir ki, günün digər vaxtlarında qatarlar «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edəcək. Həmin vaxtlarda «28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval, iki dəqiqə artıq, yəni 5-6 dəqiqə təşkil edəcək.

«Həzi Aslanov» stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız «Bakmil-N.Nərimanov» yol mənzili istiqamətində qatarların hərəkət müddəti bəzi hallarda daha çox olacaq. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə şənbə və bazar günlərində qatarların «Bakmil-Nərimanov» və əks istiqamətdə hərəkətində cüzi dəyişiklər edildiyi üçün şənbə və bazar günlərinin hərəkət cədvəli ayrı-ayrılıqda təqdim olunur.

Yeni qrafikinin müddəti 2014-cü il ilin iyul ayına qədərdir.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır