Modern.az

Gürcüstanın subay prezidenti: "Bir xanımla münasibətim var"

Gürcüstanın subay prezidenti: "Bir xanımla münasibətim var"

29 Oktyabr 2013, 15:37

/file/articles/
Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Margvelaşvili şəxsi həyatı ilə bağlı sualı cavablandırıb. “Media forum” saytı xəbər verir ki, jurnalistlərə danışan Margvelaşvili bir xanımla ciddi münasibətlərinin olduğunu və bu gün nəyisə dəyişmək niyyətində olmadığını bildirib.

Yerli mətbuatda Margvelaşvilinin musiqiçi və rəssam Maka Çiçua ilə münasibətlərinin olduğu yazılır. Onların birlikdə ictimai yerlərdə göründükləri və bunu heç kimdən gizlətmədikləri bildirilir.

Margvelaşvili hazırda subaydır. Onun bir qızı var.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü