Modern.az

Vaqif Səmədoğlunda da xərçəng xəstəliyi aşkarlanıb

Vaqif Səmədoğlunda da xərçəng xəstəliyi aşkarlanıb

1 Dekabr 2013, 21:27

Xalq şairi Vaqif Səmədoğlu bədxassəli şişdən əziyyət çəkir. ANS telekanalının xəbərinə görə, Azərbaycan prezidentinin, şairin müalicə xərclərini öz üzərinə götürməsindən sonra bu gün o, İsrailə yola düşür. Ağır xəstəliklə mübarizədə yardımçı olduğuna görə, İlham Əliyevə təşəkkürünü bildirən Vaqif Səmədoğlu Mir Şahinin "Hesabat" proqramında səhhəti barədə danışıb.

“Bütün həyatı boyu, bütün ömrüm boyu, ən çox məni düşündürən məsələ ölüm olub. Onun üçün Anar mənim adımı ölüm şairi qoyub. Amma məndən çox ölümdən Azərbaycan poeziyasında yazan olmayıb. Bu xərçəng xəstəsi nə haqda fikirləşir?”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir