Modern.az

İran Dövlət Televiziyasının Xocalı ilə bağlı sənədli filmi – TƏQDİMAT

İran Dövlət Televiziyasının Xocalı ilə bağlı sənədli filmi – TƏQDİMAT

Təhsil

10 Yanvar 2014, 15:16

Modern.az-ın məlumatına görə, bu gün “Xocalı soyqırımı”nın 22-ci ildönümü ilə bağlı Soyqırım və terror əleyhdarları QHT Koalisiyası tədbir keçirib. Tədbirdə İran Dövlət Radio Televiziyasının Bakı nümayəndəliyinin müdiri Əhməd Kazeminin təşəbbüsü ilə ekranlaşdırılan “Xocalı faciəsi” sənədli filmi haqqında məlumat verilib. Ə. Kazeminin təşəbbüsü ilə ekranlaşdırılan filmi keçən ilin sonlarında çəkilib.

  “Müəyyən səbəblər üzündən o, toplantıya gələ bilməyib. Amma onun çəkdiyi sənədli film Azərbaycanın həqiqətlərinin təbliğ olunmasında mühüm rol oynaya bilər. Ən azı İranda yaşayan soydaşlarımıza belə məlumatların çatdırılması vacib məsələdir. Öz adımdan Qarabağ həqiqətlərini, Xocalı faciəsini dünyaya çatdıran hər bir kəsə təşəkkürümü bildirirəm” . Bunu toplantıda QHT-nin sədri Faiq İsmayılov deyib. Koalisiyanın Əhməd Kazemi və İran Döpvlət Televiziyasının Bakı müxbiri Mirzağa Məmmədovu diplomlarla mükafatlandırıb. Toplantıda iştirak edən “Qarabağ QHT Koalisiyası”nın sədri Vüqar Qədirov filmin ərsəyə gəlməsinə görə iranlı şəxslərə təşəkkürünü bildirib. “Qonşu dövlətin belə bir sənədli filmin hazırlanmasına görə Dövlət Radio Televiziyaya minnətdarlığımı bildirirəm. Bu sənədli filmin çəkilişi onu göstərdi ki, iki dövlət arasında isti münasibət var”.

QHT-nin sədri Faiq İsmayılovun dəvəti ilə tədbirə qatılan ziyalılar, tanınmış iş adamları, Qarabağ müharibəsi veteranları da İran İslan Respublikasının Dövlət Radio Televiziyasına minnətdarlıqlarını bildiriblər.

 

  Rafiq Qənbərov  
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü