Modern.az

“Ən qısa hekayə” müsabiqəsinin qalibi 300 manat mükafat alacaq

“Ən qısa hekayə” müsabiqəsinin qalibi 300 manat mükafat alacaq

Ədəbi̇yyat

15 Yanvar 2014, 12:55

“Kulis.az” saytının  keçirdiyi “Ən qısa hekayə” müsabiqəsinin səsverməsi bir neçə gün öncə başa çatıb. Portaldan Modern.az-a verilən məlumata görə, müsabiqənin qalibləri, o cümlədən Facebook qalibi artıq məlumdur.

Müsabiqə komissiyasını üzvi və “Kulis.az”ın redaktoru Ağa Cəfərlinin dediyinə görə, qaliblərin adları yanvarın 17-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbirdə açıqlanacaq.

A. Cəfərli daha sonra artıq bəlli olan qaliblərə veriləcək mükafat barədə də danışıb:

“Əvvəldən nəzərdə tutulduğu kimi üç nəfər qalib adına layiq görülüb. Qalibləri iştirakçıların özü səsvermə ilə müəyyən edib. Birinci yer üçün – 300 manat, ikinci yer üçün – 200 manat, üçüncü yer üçün – 100 manat pul mükafatı nəzərdə tutulub. Bir də ən çox “like “toplayan Facebook qalibimiz də var.

Qaliblərin hamısına diplomlar da veriləcək”.

 

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır