Arxiv
29 Sentyabr 2009, 12:10 | TƏHSİL
Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakı Bəyannaməsi qəbul edilib

Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sammiti öz işini bu gün davam etdirib. Sammitdə Azərbaycan tərəfi ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, Qazaxıstan Parlamenti Məclisinin sədri Oral Muxamedjanov və Qırğızıstan parlamentinin sədri Aytibay Taqayev iştirak edirlər. Modern.az xəbər verir ki, sentyabrın 29-da səhər Milli Məcisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının I plenar iclası başlayıb. İclasın gündəliyində TürkPA-nın daimi katibliyinin yaradılması, Baş katib və müavinlərin seçilməsi, qurumun nizamnaməsinin qəbul edilməsi və Bakı bəyannaməsinin imzalanması dururdu.
Bu günkü iclasda Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov çıxış edib.  O.Əsədov əvvəlcə Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ problemi barədə danışıb. Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, assambleyanın yaradılması dili, dini, adət-ənənələri, müştərək keçmişi olan xalqların daha da yaxınlaşması istiqamətində yeni bir addımdır. O, bu qurumun türkdilli ölkələr, eləcə də onların qanunverici orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, mühüm məsələlərdə ortaq mövqedən çıxış edilməsi baxımından çox önəmli olacağını söyləyib.
Qazaxıstan Parlamenti Məclisinin sədri Oral Muxamedjanov isə əmin olduğunu bildirib ki, TürkPA-nın ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı kimi nüfuzlu quruma çevriləcəyinə inanır.
Qırğızıstan parlamentinin sədri Aytibay Taqayev bildirib ki, qurum üzvləri qarşıya çıxan təhlükələri birgə dəf etməlidirlər. O, Türkdilli Ölkələrin Parlament Assambleyasının gələcəkdə genişləndirilməsinin vacibliyindən də danışıb.
İclasın sonunda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Ramil Həsənov TürkPA-nın baş katibi seçilib, digər üç dövlətdən isə müavinlər müəyyənləşdirilib.
Toplantıda TürkPA-nın katibliyinin nizamnaməsi, əsasnaməsi və büdcəsi təsdiqlənib. Bundan başqa, sammitin yekun Bakı Bəyannaməsi də qəbul edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Adil Əliyev sədr müavini seçildi 19 Aprel 2019, 12:41 Selektiv abortlarla bağlı həyəcan TƏBİLİ – Azərbaycan riskil ölkələr qrupunda... 19 Aprel 2019, 12:32 Muxtar Babayev vətəndaşları dinlədi 19 Aprel 2019, 12:29 Baş pediatr peyvənddən yayındırılan körpələrin valideynlərinə XƏBƏRDARLIQ ETDİ 19 Aprel 2019, 12:29 UNEC alimlərinin dünya elminə töhfəsi   19 Aprel 2019, 12:22 Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi   19 Aprel 2019, 12:19 Dəyirmi masa - “Heydər Əliyev və Azərbaycan məfkurəsi” 19 Aprel 2019, 12:18 Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14 Azərbaycanlı çinşünas alimin rəyi Çin mətbuatında dərc olunub   19 Aprel 2019, 11:10