Modern.az

Nigeriya Qəddafinin oğlunu Liviyaya verdi

Nigeriya Qəddafinin oğlunu Liviyaya verdi

Dünya

6 Mart 2014, 12:57


Liviyanın devrilərək öldürülən lideri Müammər Qəddafinin oğlu əs-Səidi Nigeriyada saxlanılıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Liviya hökumətindən verilən açıqlamada Səidinin artıq Liviyaya gətirildiyi və hazırda bir polis mərkəzində olduğu bildirilib.

Açıqlamada qeyd edilir ki, Səidiyə məhkumlara bağlı beynəlxalq ədalət normalarına uyğun olaraq rəftar ediləcək.

Səidi, 2011-ci ilin sentyabr ayında atası Kəddafi devrilməzdən bir qədər əvvəl Nigeriyaya qaçmışdı. Nigeriya hökuməti isə inqilabdan sonra qurulan Liviya rəhbərliyinin çağırışlarına baxmayaraq, insani səbəbləri əsas gətirərək Səidini ölkəsinə təslim etməyəcəyini bildirmişdi. Beynəlxalq Polis Təşkilatı (İnterpol) da Liviyanın tələbi əsasında Səidi haqqında həbs qərarı çıxarmışdı.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!