Modern.az

Bakıda kütləvi sünnət mərasimi

Bakıda kütləvi sünnət mərasimi

31 May 2010, 13:08

1 iyun Uşaqları Beynəlxalq Müdafiə günü ilə bağlı xeyriyyə tədbiri keçiriləcək. Bu barədə Modern.az-a məlumat verən “Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri Zaur Mirzə-zadə bildirib ki, 1 iyun tarixində 3 saylı Uşaq Evinin uşaq sakinləri və kimsəsiz əlil uşaqların kiçik toy məclisi keçirəcək:

““Dünya Azərbaycanlıları” İctimai Mərkəzi “Zümrüd Production” ilə Azərbaycan milli adət-ənənələrinə uyğun möhtəşəm kiçik toy məclisi keçirəcək. “Həyat” Şadlıq Sarayında keçiriləcək kiçik toy məclisi Azərbaycanın ictimai-siyasi xadimləri, millət vəkilləri, tanınmış elm adamları, diplomatik korpusun nümayəndələri və estrada ulduzları iştirak edərək, əlil, yetim və kimsəsiz uşaqları sevindirəcəklər”.

Z.Mirzəzadə qeyd edib ki, yüksək səviyyədə keçiriləcək tədbirin baş tutmasında “Zümrüd Production”, “Bolşoy Prazdnik” şirkəti, “Azəri Biznes” MMC və “Dar Əl Bir” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan Ofisinin böyük xidmətləri olub.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı