Modern.az

Qafqaz Müsəlmanları İdarəsi də İsrailin hücumunu pislədi

Qafqaz Müsəlmanları İdarəsi də İsrailin hücumunu pislədi

Təhsil

1 İyun 2010, 17:22

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İsrail ordusunun Qəzza zolağına yardım aparan Türkiyə gəmilərini atəşə tutması faktı ilə bağlı bəyanat yayıb. Qurumdan verilən məlumata görə, bəyanatda beynəlxalq sularda beynəlminəl tərkibli könüllülərdən ibarət “Azadlıq” donanmasının sülhməramlı heyət üzvlərinə İsrail hərbçiləri tərəfindən təcavüz edilməsi xəbəri Azərbaycan vətəndaşlarını da hədsiz sarsıtdığı bildirilir.

Bəyanatda qeyd edilir ki, blokadada olan Qəzza sakinlərinə humanitar yardım aparan gəmi karvanına qarşı beynəlxalq hüquqa uyğun gəlməyən rəftar nümayiş etdirilməsi təmsil etdiyimiz bölgənin müsəlmanlarının hiddətinə səbəb olub.

"Bəşər övladına göndərilmiş bütün səmavi dinlər insanların bir-birinə mərhəmət göstərməsini, çətinlik çəkənlərə yardım edilməsini vacib buyurur. Beynəlxalq hüquq da bu humanist prinsipləri təsbit edir. Belə olan halda illərlə mühasirədə saxlanılan, dünyadan təcrid edilmiş, faktiki olaraq yaşam hüququndan məhrum olunmuş Qəzza bölgəsinə yardım etmək məramı ilə səfərə çıxmış beynəlmiləl heyətə - dinc insanlara qarşı zor işlədilməsi, onların həyatına qəsd edilməsi qətiyyən yolverilməz və insanlığa zidd bir addımdır".

QMİ bu xoşagəlməz hadisə ilə bağlı İsrail hökuməti tərəfindən müvafiq ölçü götürülməli, günahkarlar cəzalandırılmalı, fəlakət zonası olan Qəzzaya humanitar yardım aparan bütün yollar təcili açılmalı olduğunu hesab edir.

"İnsanpərvərlik, mərhəmət hissini əsas tutaraq blokadada olan fələstinlilərə yardım apararkən həlak olmuşlara Uca Yaradandan rəhmət, onların qohum və yaxınlarına səbr, yaralılara isə şəfa diləyirik”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır