Modern.az

Bakı metrosunda stansiyaların mahnıları niyə dəyişdirilir?

Bakı metrosunda stansiyaların mahnıları niyə dəyişdirilir?

1 İyun 2010, 18:39

st1:*{behavior:url(#ieooui) }

Metroda hərəkət edən qatar stansiyalara çatanda sərnişinlər bir neçə saniyəlik musiqi dinləyirlər. Hər stansiyaının ayrı-ayrılıqda öz musiqisi ya da mahnısı var. Musiqi parçaları qatarın çatdığı stansiyanın adı élan olunmazdan öncə səslənir. Modern.az-ın əməkdaşı metro qatarlarında musiqilərin növbəti dəfə dəyişməsini müşahidə edib. Əməkdaşımız bununla əlaqədar Bakı Metropoliteni “Nərimanov” adına elektrik deposunun rəisi Vaqif Hüseynovla əlaqə saxlayıb. V.Hüseynov saytımıza deyib  ki, bir neçə gündür qatarlarda stansiyaların adını bildirən səs və musiqinin dəyişdirilməsinə başlanılıb. O, metronun fəaliyyət göstərdiyi müddətdə bir neçə dəfə belə dəyişikliyin həyata keçirildiyini qeyd edib.

V.Hüseynov deyib ki, vaqonlarda səslənən musiqi stansiyalara uyğun olaraq seçilir. “Bir ay müddətinə bütün vaqonlarda bu sistem quraşdırılacaq. Hər gün bir-iki vaqonda quraşdırırıq”.

V.Hüseynov deyib ki, artıq 6 qatarda yeni musiqilər səslənir, təzə səs eşidilir.

Onun sözlərinə görə, stansiyaların adını bildirən səs və musiqinin dəyişdirlməsinin özəl bir səbəbi yoxdr: “Bu bir yenilik üçün edilir”. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü