Modern.az

Deputat Fuad Muradov Parisə gedir

Deputat Fuad Muradov Parisə gedir

11 İyun 2010, 19:58

Milli Məclisin deputatı Fuad Muradov Qərbi Avropa İttifaqı Assambleyasının 58-ci sessiyasında iştirak etmək üçün  iyunun 15-dən 18-dək  Parisdə səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Assambleyanın gündəliyinə qurumun sədr müavinlərinin seçkiləri, Lissabon razılaşması çərçivəsində əlaqələrin qurulması, Avropada silahlı qüvvələr arasında əməkdaşlıq və bir sıra digər məsələlər daxil edilib. Sessiyada həmçinin “Dondurulmuş münaqişələr və Avropanın təhlükəsizliyi” mövzusunda diskussiyalar keçiriləcək.
Deputatımız müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini açıqlayacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır