Modern.az

Zahid Oruc: "Məsləhət bilinsə, deputatlığa namizədliyimi irəli sürəcəm"

Zahid Oruc: "Məsləhət bilinsə, deputatlığa namizədliyimi irəli sürəcəm"

18 İyun 2010, 16:41

Parlament seçkilərinin vaxtı yaxınlaşdıqca namizəd kimi bu marafonda iştirak etmək istəyənlər də tədricən gündəmə gəlirlər. Parlamentin hazırki deputatlarından bir çoxu da IV çağırış Milli Məclisin üzvü olmaq arzularını gizlətmir. Onlardan biri də Ana Vətən Partiyasının sədr müavini Zahid Orucdur. Modern.az-ın əməkdaşı ilə söhbətdə Zahid Oruc bildirb ki, o, növbəti parlamentdə də təmsil olunmaq niyyətindədir: “Təbii ki, gələcək fəaliyyətimi deputat kimi davam etdirmək niyyətimi gizlətmirəm. Amma bir komandanın üzvüyəm. Komanda hansı qərarı versə, ona uyğun da addım ayacağam. Məsləhət bilinsə ki, deputatlığa namizədliyimi irəli sürüm, o zaman bunu həyata keçrəcəyəm”. Qeyd edək ki, Z.Oruc hazırda  93 saylı Bərdə şəhər seçki dairəsini Milli Məslisdə təmsil edir. O,bundan öncə də-II çağırış Milli Məclisin deputatı olub. Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır