19 oktyabr 2018, Cümə
Ana Səhifə - PARLAMENT - Parlament jurnalistləri deputat İlyas İsmayılovu necə xarakterizə edirlər?
Parlament jurnalistləri deputat İlyas İsmayılovu necə xarakterizə edirlər?
22.06.2010, 11:11

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat İlyas İsmayılov barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?       

“Xəbərlər Azərbaycan”
İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Milli Məclisin ən yaşlı və ağsaqqal deputatlarındandır. O, aktiv olmasa da, aradabir müzakirələrdə öz mövqeyini ortaya qoyur. Həmişə öz hörmətini qoruyub, saxlayır. İlyas müəllim populizmi sevməsə də, qanunvericilik bazası ilə bağlı sanballı təkliflərlə çıxış edir. Mətbuat nümayəndələri ilə münasibətində bir problem görməmişəm. Seçicilərinin problemi ilə maraqlanıb-maraqlanmadığı barədə məlumatsızam”.  

“Üç nöqtə”
qəzetinin əməkdaşı Elməddin Muradlı: “İlk növbədə onun savadlı və peşəkar hüquqşünas olduğunu demək istərdim. Milli Məclisin fəal millət vəkillərindən olduğunu demək çətindir. Çünki seçiciləri ilə işləməsini və öz təşəbbüsü ilə hansısa bir təkliflə çıxış etməsinin şahidi olmamışam. Parlamentin iclaslarında çox az hallarda çıxış edir. Jurnalistlərlə münasibətinə gəlincə, onu demək istərdim ki, o, yeganə müxalifət partiyasının sədridir ki, jurnalistlərlə çox uzaq məsafədədir”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Məmmədov: “Təcrübəli insandır. Mən onu deputat olmazdan öncə də tanıyırdım. Fikrimcə, İlyas müəllim partiya sədri və müxtəlif sahələrdə işlədiyi zamanlar daha aktiv idi. Onun bu aktivliyi millət vəkili olduqdan sonra bir o qədər də nəzərə çarpmır. Milli Məclisdə çox az hallarda çıxış edir. Müzakirələrdə daha çox hüquqi aspektlərdən çıxış edir. Seçicilərinin hansısa bir probleminə toxunması ilə bağlı ciddi məqamları görməmişəm. Jurnalistlərlə münasibətdən imtina etmir. Mənə elə gəlir ki, İlyas müəllim parlamentdə özünü narahat hiss edir”.

  “Yeni Azərbayycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “İlyas İsmayılovu çox sakit deputat hesab edirəm. Baxmayaraq ki, dövlət vəzifələrində çalışıb. Milli Məclisin müzakirələrində də fəal iştirak etmir. Jurnalistlərlə münasibətində problem yoxdur. Mətbuata açıq insandır. İstər iqtidar, istərsə də müxalifətin keçirdiyi tədbirlərdə aktiv iştirak edir. Seçicilərinin qayğısına qalıb-qalmaması  barədə məlumatım yoxdur”.  

“Şərq” qəzetinin
əməkdaşı Rəşad Baxşəliyev: “Parlamentin aktiv olmayan millət vəkillərindən biridir. Guya Milli Məclisdə müxalifəti təmsil edir. O, ancaq hüquqi və prokurorluqla bağlı məsələlərdə çıxış edir. Əlavə vaxtlarda çox susqundur. Əksər qanun layihələrinin müzakirəsində iştirak etmir. Jurnalistlərlə münasibəti pis deyil. İstənilən vaxt ondan müsahibə almaq olar. Amma belə, quru millət vəkilidir”.  

“Mərkəz”
qəzetinin əməkdaşı Vasif Cəfərov: “Milli Məclisin ağsaqqal deputatlarından biridir. Hər zaman öz ağıryanalığını qoruyur. Sırf öz sahəsinə - hüquqi məsələlərə dair çıxışlar edir. Ancaq onun cari məsələlərlə bağlı çıxışlarına təsadüf etməmişəm. Jurnalistlərlə münasibəti normaldır. Həmişə onlara qarşı diqqətlidir. Seçiciləri ilə necə işləməsindən xəbərsizəm”.  

“525-ci qəzet”
in əməkdaşı Kamil Həmzəoğlu: “Əvvəla İlyas İsmayılov həddindən artıq mədəni, təvazökar və savadlı bir insandır. O, peşəkar siyasətçi olmaqla yanaşı, həm də peşəkar hüquqşünasdır, hüquq üzrə elmlər doktorudur. İlyas müəllim zamanında hüquq-mühafizə sistemində böyük vəzifələrdə- baş prokuror, ədliyyə naziri vəzifələrində və digər məsul işlərdə çalışıb, deyərdim ki, bu işlərdə də özünün təmizliyi, işgüzarlığı, obyektivliyi ilə seçilib, ad-san qazanıb. Doğrusu, İlyas müəllim parılamentə seçiləndə onun istər cari məsələlərin, istərsə də qanun layihələrinin müzakirələrində daha fəal və aktiv şəkildə iştirak edəcəyini gözləyirdik, amma bu, ötən müddət ərzində nədənsə bir o qədər özünü biruzə vermədi. Görünür bunun bizə bəlli olmayan tərəfləri də var. Jurnalistlərlə münasibətlərinə gəlincə, o, mətbuata kifayət qədər açıq və jurnalistlərlə normal münasibətləri olan siyasətçilərdən, millət vəkillərindəndir. Arzu edərdim ki, İlyas müəllim bu çağırış parlamentin heç olmazsa son 3-4 iclasında fəallıq nümayiş etdirsin və əgər yenidən parlament seçkilərinə qatılaraq növbəti dəfə deputat mandatı əldə edərsə, bu dəfə daha aktiv, daha fəal olsun”.  

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Parlamentin III çağırış deputatları sırasında passiv deputatlardan biridir. Kifayət qədər güclü hüquqşünas olmasına baxmayaraq qanunvericilik yaradıcılığında heç bir qeyri-adi təklifi ilə yadda qalmayıb. Hətta qanun yaradıcılığı sahəsində də bitərəf mövqe tutur. Onun parlamentdə təmsil olunub-olunmaması parlamentin işinə heç bir təsir göstərmir”.  

“Xalq Cəbhəsi” qəzetinin
əməkdaşı Ağa Cəfərli: “Yaxşı kişidir. Səmimi insandır. O, vaxtilə rspublika prokuroru və ədliyyə naziri olub. Onu tanıyanlar hər zaman qeyd edirlər ki, o, işində rüşvətsiz işləyib. Çalışıb ki, vicdanlı fəaliyyət göstərsin. Onun bu dövr fəaliyyətini uğurlu hesab etmək olar. İlyas İsmayılov ölkənin siyasi həyatında da aktivlik nümayiş etdirib. Düzdür, bu aktivlik indi nəzərə çarpmır. Millət vəkili kimi bir o qədər də fəal olmasa da, qeyi-fəal deputat da saymaq omaz. O, çalışır ki, hər zaman insanların problemlərini Milli Məclisdə  qaldırsın. Onun deputat seçildiyi Tovuz rayonunda seçiciləri arasında da ciddi nüfuzu var. Jurnalistlərlə münasibəti də normaldır”.  

“Yeni Müsavat”
qəzetinin əməkdaşı Elşad Paşasoy: “Mətbuata gələndən İlyas İsmayılovu yaxından  tanıyıram. Onunla dəfələrlə həmsöhbət olmuşam. Amma bir vaxtlar mətbuata açıq olan insandan indi əsər-əlamət belə qalmayıb. Xüsusilə deputatlıq fəaliyyəti dövründə çox passiv fəaliyyəti ilə seçildi. Ola bilsin prokurorluq sistemindəki fəaliyyətini davam etdirsəydi, daha da faydalı olardı. Milli Məclisdəki fəaliyyətindən heç özü də razı deyil. Bir zamanlar siyasi düşərgədə fəal olan şəxs gözlənilənləri doğrultmadı. Bəlkə də bu, onun təbiətindən irəli gəlir. Biz onu həm də tez küsən insan kimi tanıyırıq. “Yeni Müsavat”a küskünlüyü hələ də davam edir. Ancaq mənim fikrimcə, ictimai-siyasi sferada işləyən insan daha geniş ürəkli olmalıdır. Hər məsələni ürəyinə salmamalıdır. Milli Məclisin qocaman deputatıdır. Ona uğurlar arzu edirik”.  

Modern.az
saytının əməkdaşı Elşad Eyvazlı: “İlyas İsmayılov savadlı hüquqşünas, ziyalıdır. Parlamentin işində bir o qədər fəallığı ilə seçilmir, yalnız hüquqi məsələlərlə bağlı öz mövqeyini ortaya qoyur. Növbəti seçkilərə qatılacaqsa, ona uğurlar arzulayıram. Jurnalistlərlə normal münasibəti var. Seçicilərlə necə işləməsindən xəbərim yoxdur”.
 
“Media forum”
saytının əməkdaşı İmdad Əlizadə: “İlyas İsmayılov rəsmi bölgüdə müxalifəti təmsil edir. Təəssüf ki, deputat seçildikdən sonra faktiki olaraq onun müxalifətçiliyindən əsər-əlamət qalmayıb. İstər parlamentdə, istərsə də parlamentdən kənarda onun müxalifətçilik mövqeyi müşahidə edilmir. Ancaq əvvəllər fəallıq nümayiş etdirirdi. O, bu 5 ildə parlament tribunasından istifadə edə bilmədi. Çox nadir hallarda çıxış etdiyinin şahidi olduq. Daha çox hüquqi məsələlərlə bağlı öz mövqeyini bildirir. İlyas İsmayılovun passiv millət vəkili olmasına baxmayaraq ona çox böyük hörmətim var. Jurnalistlərlə münasibətində problem görməmişəm”.  

APA
-nın əməkdaşı Elbrus Seyfullayev: “Hesab edirəm ki, onun işi parlamentə gəlib, oturub-getməkdən başqa bir şey deyil”.  

“Ekspress”
qəzetinin əməkdaşı Aqil Aslan: “İlyas İsmayılov bu 5 ildə deputat kimi Milli Məclisdə fəallıq nümayiş etdirə bilmədi. Hansı ki, ictimai-siyasi xadim, partiya sədri kimi ondan gözləntilər çox idi. Maraqlıdır ki, hansısa səbəbdən İlyas İsmayılov parlament tribunasından ölkədə baş verən bu və ya digər məsələlərlə bağlı münasibət bildirmək istəmədi. Heç seçicilərinin qarşılaşdıqları çətinlikləri də parlamentdə qaldırmadı. Sanki Tovuz-Qazax-Ağstafa camaatının heç bir problemi yox imiş. İlyas İsmayılov çox nadir hallarda qanun layihələrinin müzakirəsində çıxış edib. Onu da deyim ki, həmin çıxışlarında hüquqşünas kimi düzgün irad və təkliflər səsləndirib. Bəzi seçicilərindən onun barəsində narazılıq eşitmişəm. Ümumilikdə seçiciləri ilə necə işləməsi barədə bir söz deyə bilmərəm. Parlament jurnalistləri ilə münasibət qurmaqda maraqlı görünmür”.

Günay Musayeva
 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Ramil
05.07.2010, 10:39

Chox gozel sherhler yazilib,lakin realliqda hech bir sechisinin ishine yariyan Deputat deyil- 5il muddetde axirinci ilin icra bachcilarin heasabatinda gorunub ve terif yagdirib...

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ukraynada təbii qaz bahalaşdı
19.10.2018, 21:13

Ukraynada təbii qaz bahalaşdı

Naxçıvanda üçüncü  “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək
19.10.2018, 21:04

Naxçıvanda üçüncü  “Arıçılıq məhsulları-bal” festivalı keçiriləcək

TAP-ın Albaniyadakı dəniz sahəsinin tikintisi üzrə işlər başlayıb
19.10.2018, 20:53

TAP-ın Albaniyadakı dəniz sahəsinin tikintisi üzrə işlər başlayıb

UEFA pul mükafatlarının məbləğini artırdı
19.10.2018, 20:41

UEFA pul mükafatlarının məbləğini artırdı

Qazaxıstanla mütəşəkkil cinayətkarlıq sahəsində mübarizə müzakirə edilib
19.10.2018, 20:26

Qazaxıstanla mütəşəkkil cinayətkarlıq sahəsində mübarizə müzakirə edilib

Pakistanda 6,7 bal gücündə zəlzələ
19.10.2018, 20:16

Pakistanda 6,7 bal gücündə zəlzələ

Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü
19.10.2018, 20:05

Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü

Prezident: Dünyada mövqeyi nəzərə alınan gücə çevrilirik
19.10.2018, 19:52

Prezident: Dünyada mövqeyi nəzərə alınan gücə çevrilirik

Albaniyada TAP-ın dəniz hissəsinin tikinti işlərinə başlanılıb
19.10.2018, 19:42

Albaniyada TAP-ın dəniz hissəsinin tikinti işlərinə başlanılıb

Qatar kütlənin üzərinə hərəkət edib - 50 ölü
19.10.2018, 19:31

Qatar kütlənin üzərinə hərəkət edib - 50 ölü

Sankt-Peterburqda zavodda partlayış olub, ölən və yaralananlar var
19.10.2018, 19:21

Sankt-Peterburqda zavodda partlayış olub, ölən və yaralananlar var

Nazir: “Star” NEZ Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq
19.10.2018, 19:11

Nazir: “Star” NEZ Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq

Narkoloji Mərkəz işi: Atam evi yandıracağını deyirdi
19.10.2018, 19:00

Narkoloji Mərkəz işi: Atam evi yandıracağını deyirdi

Qərargah: Badamdardakı sürüşmə sahəsində gərginlik qalmaqdadır
19.10.2018, 18:50

Qərargah: Badamdardakı sürüşmə sahəsində gərginlik qalmaqdadır

Azərbaycan 140 ölkə arasında 15-ci oldu
19.10.2018, 18:40

Azərbaycan 140 ölkə arasında 15-ci oldu

Daha bir ölkədə niqab qadağan edildi
19.10.2018, 18:29

Daha bir ölkədə niqab qadağan edildi

İki nəfəri güllələyən çobanla bağlı RƏSMİ MƏLUMAT yayıldı
19.10.2018, 18:18

İki nəfəri güllələyən çobanla bağlı RƏSMİ MƏLUMAT yayıldı

Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı
19.10.2018, 18:14

Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı

Bir qrup energetikə fəxri ad və medal verildi - SİYAHI
19.10.2018, 18:10

Bir qrup energetikə fəxri ad və medal verildi - SİYAHI

Voleybol üzrə dünya çempionatında finalçılar müəyyənləşdi
19.10.2018, 18:09

Voleybol üzrə dünya çempionatında finalçılar müəyyənləşdi

Nazir müavini Gülməmməd Cavadova Prezident təqaüdü ayrıldı
19.10.2018, 18:08

Nazir müavini Gülməmməd Cavadova Prezident təqaüdü ayrıldı

Azərbaycan və Türkiyə prezidentləri “Star” neft emalı zavodunun açılışında - YENİLƏNİB
19.10.2018, 18:00

Azərbaycan və Türkiyə prezidentləri “Star” neft emalı zavodunun açılışında - YENİLƏNİB

İcra başçısının müavini vəfat etdi
19.10.2018, 17:55

İcra başçısının müavini vəfat etdi

Keçmiş deputat küçəyə atasının adını verdirib? - Bilgəh sakinləri Hacı Qalibi təkzib etdilər
19.10.2018, 17:49

Keçmiş deputat küçəyə atasının adını verdirib? - Bilgəh sakinləri Hacı Qalibi təkzib etdilər

Odlar Yurdu Universitetindən dikdaban qadağasına REAKSİYA
19.10.2018, 17:42

Odlar Yurdu Universitetindən dikdaban qadağasına REAKSİYA

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək   
19.10.2018, 17:35

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək  

MTRŞ bu şirkətin lisenziyasına XİTAM VERDİ
19.10.2018, 17:28

MTRŞ bu şirkətin lisenziyasına XİTAM VERDİ

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 
19.10.2018, 17:22

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 

Novruz Məmmədov nazirləri iclasa çağırdı, göstərişlər verdi - FOTOLAR   
19.10.2018, 17:15

Novruz Məmmədov nazirləri iclasa çağırdı, göstərişlər verdi - FOTOLAR  

Pəncərədən düşən işıq... - “Qobu Park”dan REPORTAJ
19.10.2018, 17:12

Pəncərədən düşən işıq... - “Qobu Park”dan REPORTAJ

Ünvanlı sosial yardım alanların sayı açıqlandı
19.10.2018, 17:06

Ünvanlı sosial yardım alanların sayı açıqlandı

Bakının bu hissəsində yol bağlanacaq
19.10.2018, 17:05

Bakının bu hissəsində yol bağlanacaq

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK
19.10.2018, 17:04

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

AMEA Dövlət Komitəsinin müraciətinə müsbət cavab verib - FOTO
19.10.2018, 17:00

AMEA Dövlət Komitəsinin müraciətinə müsbət cavab verib - FOTO

AQTA maarifləndirir - Saxta balın fəsadları
19.10.2018, 17:00

AQTA maarifləndirir - Saxta balın fəsadları

İstirahət günlərinin HAVASI: 27 dərəcə isti olacaq
19.10.2018, 16:32

İstirahət günlərinin HAVASI: 27 dərəcə isti olacaq

Rusiya Özbəkistanda Atom Elektrik Stansiyası inşa edəcək
19.10.2018, 16:25

Rusiya Özbəkistanda Atom Elektrik Stansiyası inşa edəcək

Ərəb ölkəsində niqab qadağan olundu
19.10.2018, 16:19

Ərəb ölkəsində niqab qadağan olundu

Ağ Ev Putinin adamını sanksiya siyahısından çıxardı
19.10.2018, 16:14

Ağ Ev Putinin adamını sanksiya siyahısından çıxardı

Nazirlik Prezidentin tapşırığı ilə bağlı səfərbər olunub - Kollegiya iclası keçirildi
19.10.2018, 16:13

Nazirlik Prezidentin tapşırığı ilə bağlı səfərbər olunub - Kollegiya iclası keçirildi

Qanunsuz tikintilərə qarşı yeni qanunvericilik təşəbbüsləri hazırlanır
19.10.2018, 16:08

Qanunsuz tikintilərə qarşı yeni qanunvericilik təşəbbüsləri hazırlanır

"Teleqüllə" ətrafında sürüşməyə meyilli iki zona tapıldı - SOS
19.10.2018, 15:58

"Teleqüllə" ətrafında sürüşməyə meyilli iki zona tapıldı - SOS

Bakıda cibgir qızların paltarından gileyləndi: “Çox dar geyinirlər”
19.10.2018, 15:34

Bakıda cibgir qızların paltarından gileyləndi: “Çox dar geyinirlər”

Yusif Kərimov - gənclik simvolu
19.10.2018, 15:33

Yusif Kərimov - gənclik simvolu

Yasamaldakı növbəti sosial evlər SATIŞA ÇIXARILACAQ
19.10.2018, 15:15

Yasamaldakı növbəti sosial evlər SATIŞA ÇIXARILACAQ

İnam Kərimov şikayətləri dinlədi
19.10.2018, 15:14

İnam Kərimov şikayətləri dinlədi

“Azercell” məktəblilərə təlim keçirir
19.10.2018, 15:13

“Azercell” məktəblilərə təlim keçirir

Komitə sədri bələdiyyələrlə bağlı qanuna dəyişikliyi şərh etdi
19.10.2018, 15:07

Komitə sədri bələdiyyələrlə bağlı qanuna dəyişikliyi şərh etdi

İtaliya Senatının sədrinə ADU-nun fəxri doktoru adı verildi
19.10.2018, 15:04

İtaliya Senatının sədrinə ADU-nun fəxri doktoru adı verildi

Diaspor Komitəsinin hesabat yığıncağı keçirilib - FOTO
19.10.2018, 14:54

Diaspor Komitəsinin hesabat yığıncağı keçirilib - FOTO

ARXİV