Modern.az

Tailandda hərbi çevriliş olub

Tailandda hərbi çevriliş olub

Dünya

22 May 2014, 15:44


Tailand ordusu ölkədə hərbi çevrilişin baş verdiyini elan edib. Modern.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tailand Quru Qoşunları komandanı, general Prayut Çan-Oça deyib ki, ölkədə sülh və asayişi təmin etmək üçün ordu hakimiyyəti nəzarətə alır. O, televiziya ilə xalqa müraciət də edib:  “Tailand Silahlı Qüvvələri xoş məramlarla və ölkədə sülh və asayişi təmin etmək üçün hökumət funksiyalarını öz üzərinə götürür”.

Müraciətdən bir neçə dəqiqə öncə ordu Tailand müxalifətini ərazidən uzaqlaşdırıb.

Xatırladaq ki, martın 20-də hərbi vəziyyətin elan olunduğu ölkədə son aylar ərzində hökumət əleyhinə etirazlar nəticəsində  28 nəfər ölüb.

 

Modern.az

  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir