Modern.az

Dövlət Komissiyası mətbuata çağırış etdi: “Əsir və itkin məsələsinə həsas yanaşın”

Dövlət Komissiyası mətbuata çağırış etdi: “Əsir və itkin məsələsinə həsas yanaşın”

25 İyun 2010, 18:12

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası  kütləvi informasiya vasitələrinə çağırış ünvanlayıb. Modern.az xəbər verir ki, qurumun İşçi qrupunun yaydığı məlumatda bildirlib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası təəsüflə kütləvi informasiya vasitələrinin diqqətinə bir daha çatdırmaq istəyir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar mətbuata verilən məlumatlarda qeyri-dəqiqliyə yol verilməsi halları davam etməkdədir. İşçi qrup 24 iyun 2010-cu il tarixdə www.day.az saytı və “TREND” agentliyində Azərbaycan ordusunun hərbçisi, 18 iyun 2010-cu il tarixdə qoşunların təmas xəttində baş vermiş insident zamanı həlak olmuş İbrahimov Mübariz Ağakərim oğlu haqqında düzgün olmayan məlumat yayıldığını bəyan edib. Dövlət Komissiyasına istinadən verilən həmin məlumatda İbrahimov Mübariz gah Dövlət Komissiyasının sədri, gah da şəhid olmuş hərbi qulluqçu kimi təqdim olunub. Dövlət Komissiyası bir daha bütün mətbuat orqanlarına bu həssas məsələdə diqqətli olmağa çağırıb.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır