Modern.az

Bəzi məktəblərdə istedadlı şagirdlər üçün siniflər açılacaq (siyahı)

Bəzi məktəblərdə istedadlı şagirdlər üçün siniflər açılacaq (siyahı)

25 İyun 2010, 20:02

Təhsil naziri Misir Mərdanov istedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə əmr imzalayıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, sözügedən əmrə əsasən, bir sıra şəhər və rayonların təhsil müəssisələrinin bazasında 2010-2011-ci dərs ilindən xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün 1 (bir) V sinif açılsın. Həmin təhsil ocaqları aşağıdakılardır:

Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü lisey.

 Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziya. 

Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli orta məktəb. 

Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli orta məktəb.

 Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb.

 Şəki şəhər 19 nömrəli orta məktəb. 

Quba şəhər A.Məmmədov adına təbiət fənləri təmayüllü 2 nömrəli məktəb-lisey.

Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli orta  məktəb.

  Göstərilən şəhər və rayonların təhsil şöbələrinin müdirlərinə tapşırılıb ki, gələcəkdə xüsusi istedada malik şagirdlər üçün V-XI sinifləri əhatə edən liseylərə çevriləcəyini nəzərə alaraq, bu təhsil müəssisələrində 2010-2011-ci dərs ilindən etibarən I siniflərə şagird qəbulunu dayandırsınlar, həmin siniflərin yaxınlıqda yerləşən digər məktəblərdə açılması və aidiyyəti müəllimlərin müvafiq qaydada işlə təmin olunması istiqamətində tədbirlər görsünlər. Qeyd olunan təhsil müəssisələrində xüsusi istedadlı şagirdlər üçün V sinif açılması barədə valideynlər arasında məlumatlandırma xarakterli işlər aparılacaq.

Nəzərdə tutulmuş V sinfə şagird qəbulunu həyata keçirmək məqsədilə yerlərdə təcrübəli təhsil işçilərindən ibarət müsabiqə komissiyası yaradılacaq, həmin sinifdə bütün fənləri, xüsusilə də ana dili, riyaziyyat, Azərbaycan tarixi, xarici dil fənlərini nüfuzlu və yüksək peşəkarlıga malik müəllimlər tədris edəcək.

 

Cari il avqustun sonunadək şagirdlərin və müəllimlərin seçilməsi, habelə həmin V sinfin komplektləşdirilib məktəbdaxili əmrlə rəsmiləşdirilməsini başa çatdırılmalıdır.

 

Həmin V siniflərdə dərs deyəcək müəllimlərin xüsusi testlər vasitəsilə seçilməsi nəzərdə tutulur. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı