Modern.az

AŞPA prezidentindən şok açıqlama: “Qarabağ problemi tez həll edilməsə, arzuolunmaz proseslər ola bilər”

AŞPA prezidentindən şok açıqlama: “Qarabağ problemi tez həll edilməsə, arzuolunmaz proseslər ola bilər”

1 İyul 2010, 09:54
“Qarabağ münaqişəsi mümkün qədər tez həll olunmalıdır, əks halda bu, arzuolunmaz nəticələrə gətirib çıxaracaq”. Bunu Avropa Şurası Parlament Assambleyasının  prezidenti Mövlud Çavuşoğlu Astanda keçirilən mətbuat konfrasında çıxışı zamanı deyib: “Qarabağ münaqişəsi mümkün qədər tez həllini tapmalıdır. Əks halda arzuolunmaz proseslər ola bilər. Hətta Ermənistan hökuməti deyir ki, münaqişə regionda ciddi böhrana gətirib çıxara bilər. ATƏT və Minsk qrupu problemin həlli üçün bütün səylərini artırmalıdır”.

Qeyd edək ki, Astanada olan Çavuşoğlu Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevlə görüşüb. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və Qırğızıstanda cərəyan edən son proseslər müzakirə edilib.  

ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə münasibət bildirib. 
O, jurnalistin “Azərbaycan yeniləşdirilmiş Madrid prinsiplərini qəbul etdiyi halda, Ermənistan altı aydır ki, bu prinsipləri qəbul edib-etmədiyi haqqında heç nə deməyərək susur, ATƏT-in sədri kimi bu məsələyə münasibətinizi bilmək istərdik” sualına belə cavab verib: "Bildiyiniz kimi Dağlıq Qabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupu müntəzəm olaraq məşğul olur. Onların fəaliyyətlərinin nəticəsi kimi tərəflərə Madrid razılaşmalarının yeni prinsipləri təqdim edilmişdir və yaxın zamanlarda bunun həyata keçirilməsinə ümid edirəm.
Münaqişənin həlli yollarını isə Azərbaycan və Ermənistan özləri tapmalıdırlar.
Bizə gəlincə isə, bildirim ki, ATƏT-in indiki sədri kimi fəaliyyətə başladığımz gündən münaqişəin həlli istiqamətində iş apaırıq".

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır