Modern.az

Ermənistan ordusunda dərəbəylikdir: əsgər ölümlərinin əsl səbəbi gizlədilir

Ermənistan ordusunda dərəbəylikdir: əsgər ölümlərinin əsl səbəbi gizlədilir

Dünya

29 İyun 2014, 15:48

Ermənistan ordusunun əsgəri Nerses Karapetyanın ölümü ilə bağlı məhkəmə-tibb ekspertizasının bir hissəsi hazırdır. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, güllə izləri yalnız onda aşkarlanıb. Bu haqda ölən əsgərin xalası Karina Karapetyan məlumat verib: “Güllə izinin yalnız onda aşkarlanması ilə bağlı cavab çox vacib analiz deyil. Bu o deməkdir ki, oğlan silahla oynayan zaman təsadüfən atəş açılıb. Bilmirik kimə inanaq. Bütün cavabları alandan sonra düşünürük ki, hər şey haqda daha ətraflı məlumatımız olacaq”.

Xatırladaq ki, iyunun 17-də bu fakt üzrə alay komandiri, kapitan Qaregin Asryana və müqavilə əsasında xidmət edən serjant Edqar Manukyana cinayət işi açılıb. Bununla belə, Nersesin yaxınları hesab edirlər ki, onlara elan olunan ittihamın əsgərin ölümü ilə bağlılığı yoxdur.

“Onlar Nersesdən benzin üçün pul istəyiblər və sənədləri düzgün tərtib etməyiblər. Ancaq ölüm faktına görə heç kəsi saxlamayıblar”, - əsgərin xalasi deyib.

Bundan əvvəl xəbər verilib ki, mayın 10-da Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsindəki hərbi hissələrdən birində başından güllə ilə vurulan Nerses Karapetyanın meyiti aşkarlanıb. O vaxt hərbi keşik qaydalarının pozulması ilə bağlı cinayət işi qaldırılıb.

Qeyd edək ki, Ermənistan ordusunda bu cür ölüm faktları tez-tez baş verir. Daxili nizam-intizam qaydalarının bərbad olduğu Ermənistan ordusunun rəhbərliyi çox vaxt bu cür olayların Azərbaycan tərəfdən atılan atəş nəticəsində baş verdiyini bəyan etməklə əsl səbəbi ictimaiyyətdən gizlətmək istəyirlər. Təkcə bu olaydan məlum olur ki, Ermənistan ordusunun zabitləri əsgərlərin ərzaqlarını oğramaqla kifayətlənmir, həm də şəxsi məqsədləri üçün pul yığırlar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir