Modern.az

DİN Bakıdakı silahlı atışma barədə məlumat yayıb

DİN Bakıdakı silahlı atışma barədə məlumat yayıb

Təhsil

2 İyul 2010, 16:19

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən silahlı atışma barədə məlumat yayıb. DİN mətbuat xidmətinin məlumatına görə, iyulun 1-də saat 20.06 radələrində Suraxanı qəsəbəsindəki A.Rzayev küçəsində 2 "VAZ-2107" markalı və 1 "Mercedes" markalı avtomaşınların sürücüləri tərəfindən avtoxuliqanlıq hərəkətləri edilib və odlu silahdan atəş açılıb.
Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən hadisə yerindən 3 ədəd tapança gilizi götürülüb.
Aparılmış araşdırmalar zamanı avtomaşınların Bakı şəhər sakinləri Anar Dadaşova, Mövsüm Nuriyevə və Pərviz Tağıyevə məxsus olmaları müəyyən edilib.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-2107" markalı avtomaşının sürücüsü A.Dadaşov  saxlanılıb.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq) və 228-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.
 
Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır