Modern.az

Ərəblər Ərdoğanı “İlin adam”ı seçdilər

Ərəblər Ərdoğanı “İlin adam”ı seçdilər

Təhsil

5 İyul 2010, 17:08

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İordan çayının qərb sahilindəki Ramallah şəhərində yerləşən Akademiya tərəfindən “ilin adamı” seçilib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, “Modern Akademiya” adlı yuksək ali təhsil qurumunun İdarə Heyəti Ərdoğana nadir bir hədiyyə ərmağan edəcək. Qüds məscidinin qübbəsinin 1904-cü ildə dəyişdirilən qızıl parçası Ərdoğana hədiyyə olunacaq.  “Ərdoğan çox cəsur siyasi liderdir. Və Fələstin xalqının mücadiləsi üçün ediklərinə görə bu hədiyyəyə artıqlaması  ilə layiqdir. Ərdoğanı çox sevirik”,-deyə təhsil qurumunun idarə heyətinin üzvü, doktor Hüseyn Şiyuhi bildirib.

Qeyd edilir ki, 1904-cü ildə dəyişdirilən qübbənin qızıldan olan hissələri islam dünyasının ən öndə gedən liderlərinə hədiyyə olunur.

 

Şiyuhi qeyd edib ki, Ərdoğan İsrailin Qəzzaya qarşı hücumlarının qarşısının alınması, İsrailin yeritdiyi blokada siyasətinin dayandırılması və Fələstin xalqının problemlərinin həlli yolunda çox işlər görüb və butün bunlar əsla unutula bilməz.

O, Ərdoğanın Fələstin xalqının maraqları üçün mübarizə aparan bir lider kimi  təkcə islam ölkələri deyil, həm də bütün digər dövlətlər tərəfindən də tanındığını deyib. Şiyuhi müstəqil Fələstin dövlətinin yaradılmasında Ərdoğanın qətiyyətli səylərinə də yüksək qiymət verib. Ərdoğana “ilin adamı” adı verilməsi təklifi Fələstin lideri Mahmud Abbas tərəfindən də razılıqla qarşılanıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü