Modern.az

Məhkəmə Eynulla Fətullayevə 2 il yarım iş verdi

Məhkəmə Eynulla Fətullayevə 2 il yarım iş verdi

6 İyul 2010, 14:27

İyulun 6-da Qaradağ rayon Məhkəməsində narkotik maddə saxlamaqda ittiham oluan jurnalist Eynulla Fətullayevə hökm oxunub. "Azadlıq" radiosunun məlumatına görə, jurnalist 2 il yarım müddətinə azadlıqdan məhrum edilib. Jurnalistin cəzası bu gündən - 2010-cu il iyulun 6-dan hesablanacaq.

Dövlət ittihamçısı Eynulla Fətullayevin 3 il azadlıqdan məhrum edilməsini tələb edirdi. Eynulla Fətullayev isə son sözlə çıxışında bildirmişdi ki, ona qarşı irəli sürülən ittiham əsassızdır. Jurnalist demişdi ki, istintaq qeyri-obyektiv olub, müstəqil ekspertiza keçirilməyib və o, yalançı şahidlərin ifadələri əsasında mühakimə edilir. Eynulla Fətullayev məhkəmədən ədalətli hökm gözləmədiyini də bildirmişdi. Vəkilləri isə ona bəraət verilməsini tələb edirdilər.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilib.
Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hşkumətindən onun dərhal azadlığa buraxılmasını tələb edib.

2009-cu il dekabrında 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparılıb və jurnalistin geyimində və ayaqqabısında 0,22 qram heroin aşkarlanıb. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu iddia edir. Hazırki məhkəmə prosesi də bu ittihamla bağlı idi.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır