Modern.az

Fransa parlamenti çadranı qadağan etdi

Fransa parlamenti çadranı qadağan etdi

Təhsil

14 İyul 2010, 10:27

Fransa parlamenti müsəlman qadınlara ictimai yerlərdə pərəncədə (örtükdə) gəzməyi qadağan edən qanun layihəsinin qəbuluna səs verib. Modern.az-ın məlumatına görə, qadağanın lehinə 335, əleyhinə 1 deputat səs verib. Bundan sonra qanunlara parlamentin üst palatası – Senat  münasibət bildirməlidir. Bu məsələyə isə sentyabrda baxılacaq.
Fransa mətbuatı yazır ki,  qanun layihəsi cəmiyyətin güclü dəstəyinə malikdir. Prezident  Nikola Sarkozi də onun qatı tərəfdarlarındandır. Əgər qadağan qanun qüvvəsinə malik olsa, onu pozan qadınlar 190 dollar cərimə ediləcəklər. Bununla belə küçədə qadından çadranı açmağı tələb etməyəcəklər, onlarla bağlı identifikasiya şöbələrinə müraciət olunacaq. 

Əgər ailənin kişi üzvləri qadınları pərəncə geyməyə məcbur etsələr, onlar 15 min avro ödəməli olacaqlar, onlar üçün 1 il həbs müddəti daxil olmaqla müxtəlif cəzalar müəyyən edilə bilər. Qanun layihəsinin müəlliflərindən biri “Fiqaro” qəzetinə verdiyi müsahibəsində bu fakta diqqət çəkərək qeyd edir ki, qadınlar çox hallarda “seçim yolu tapa bilməyən qurbanlardır”. İnsan haqlarının müdafiəçiləri qadağanın fikir, vicdan və din azadlığına zidd olduğunu hesab edirlər.

Fransalı biznesmen Rəşid Nekkaz  çadraya görə cərimə ödəməli olan qadınlara kömək göstərmək üçün 1 milyon avro xususi fond yaradacağını bildirib. O bu fond vasitəsilə cərimələnəcək qadınlara yardım göstərmək niyyətindədir.   

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır