Modern.az

Dövlət Sosial Müdafiə Fondunda kollegiya iclası keçirilib

Dövlət Sosial Müdafiə Fondunda kollegiya iclası keçirilib

Təhsil

14 İyul 2010, 16:53

İyulun 12-də Dövlət Sosial Müdafiə Fondunda qurumun 2010-cu ilin I yarımilliyindəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib ki, Azərbaycan vətəndaşlarının sosial problemlərinin həlli dövlət siyasətində ön planda saxlanılıb. Onun sözlərinə görə, Azərbaycanda orta aylıq pensiyaların həcmi təxminən 130 dollardır.

            S.Müslümov bildirib ki, bu ilin 6 ayı ərzində əhalinin pensiya təminatında maliyyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə zəruri vəzifələrin icrası, eyni zamanda sığorta-pensiya sistemində islahatların davam etdirilməsi diqqət mərkəzində saxlanılıb. İlkin məlumatlara əsasən Dövlət Sosial Müdafiə Fondunun 2010-cu ilin I yarımilində gəlirləri 824, 7 mln. manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 65,8 mln. manat və ya 8,7 faiz çoxdur. Göstərilən dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz artıb. Torpaq pay mülkiyyətçilərindən qeyd olunan təyinat üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 90, 7 faiz artıb.

            S.Müslümov bildirib ki, bu dövrdə Fondun xərcləri 802,4 mlnş manat təşkil edib. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün bütün xərclərin 96,8 faiz və ya 777, 1 mln. manatı yönəldilib.

            Sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesi davam etdirilib. Cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 92 286 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə 01.07.2010-cu il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 732 215 nəfərə catıb.

            DSMF sədri əlavə edib ki, pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri genişləndirilib. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kəndlərdə isə 96, 7 faizi, ümumilikdə ödəniş aparılan pensiyaçıların 98,4 faizi pensiyasını plastik kartlarla alır.

           Sonra Fondun mərkəzi aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxışlar ediblər.

            Geniş kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə icrası 2010-cu il üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi vəziyyəti müzakirə edilib. Müzakirələr zamanı sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması xüsusi diqqət mərkəzində olub. Bildirilib ki, bu istiqamətlərdə Dövlət Sosial Müdafiə Fondu orqanları qarşısında mühüm vəzifələr durur.  Kollegiya iclasında həmçinin Fondun yerli orqanlarının 2010-cu ilin yanvar-iyun aylarında fəaliyyəti ətraflı təhlil edilib. Fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olunub.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü