Modern.az

Abituriyentlərin ixtisas seçimi: kim pulluya, kim pulsuza düşəcək?

Abituriyentlərin ixtisas seçimi: kim pulluya, kim pulsuza düşəcək?

15 İyul 2010, 16:32

Ali məktəblərə qəbulu imtahanları başa çatır. İyulun 25-dən başlayaraq müsabiqəyə keçid balını toplayan abituriyentlər ixtisas seçimi edəcəklər. İxtisas seçimini düzgün seçmək onlara tələbə adını qazanmağa yardımçı olacaq. Ümumilkdə isə bu il bakalavr pilləsi üzrə ali məktəblərə 30 min 810 ümumi plan yeri ayrılıb ki, onların da 10 min 529-u (34 %) dövlət sifarişli yerlərdi. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, ən çox dövlət sifarişli yerlər I ixtisas qrupundadır.

“Bu il I ixtisas qrupuna 9 639 ümumi plan yeri ayrılıb. Onlardan 4196 -sı (43 %) dövlət sifarişli yerlərdir. II ixtisas qrupu üzrə ayrılmış 7448 plan yerinin 2050-ni (27,5%) dövlət sifarişli yerlər təşkil edir. III ixtisas qrupu üzrə 9880 plan yeri ayrılıb. Onlardan 2804-nü (28 %) dövlət sifarişli yerlər təşkil edir. IV ixtisas qrupu üzrə ayrılmış 3843 plan yerindən 1479-u (38 %) dövlət sifarişli yerlərin payına düşür. Bu il dövlət sifarişli yerləri qazanmaq üçün müsabiqə vəziyyəti həm II, həm də III ixtisas qruplarında yüksək olacaq. I ixtisas qrupunda isə kifayət qədər dövlət sifarişli yerlər var. Bu qrupda müsabiqə vəziyyəti qismən aşağı olacaq”. Bu isə o deməkdir ki, I qrupa imtahan verən abituriyentlərin dövlət sifarişli yerləri daha çox qazanmaq şansları olacaq.

 

Məleykə Abbaszadənin sözlərinə görə, ötən illə müqayisədə bu il I ixtisas qrupunda ödənişsiz təhsil almaq imkanı 8 faiz, IV ixtisas qrupunda isə 9-10 faiz artıb. II ixtisas qrupunda ödənişli təhsil almaq imkanı 10 faiz, III ixtisas qrupunda isə 13 faiz azalıb: “Ümumiyyətlə, dövlət sifarişli yerlər üzrə müsabiqədə iştirak etmək üçün I ixtisas qrupunu seçən abituriyentlər 300, digər qruplar üzrə isə 400 baldan yuxarı nəticə göstərməlidirlər. Əks halda, onlar dövlət sifarişli ixtisaslara qəbul oluna bilməzlər”.

 

Modern.az-ın araşdırmasına görə, bu il dövlət sifarişli yerlərdə daha çox texniki ixtisaslara üstünlük verilib. Hər qrup üzrə ən çox yer ayrılan ilk 5 dövlət sifarişli ixtisaslar bunlardı:

 

I qrup ixtisaslar 

 

İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi - 208 yer- Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Təfəkkür Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş.), Sumqayıt Dövlət Universiteti, Mingəçevir Politexnik İnsitutu , Qərb,Qafqaz Universitetləri.

Riyaziyyat və informatika müəlllimliyi - 205 yer- Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Müəllimlər İnsitutu, AMİ-nin Sumqayıt, Gəncə, Şamaxı, Zaqatala, Mingəçevir, Ağcabədi, Şəki, Qazax, Salyan, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnsitutu, Gəncə Dövlət Universiteti , Lənkəran Dövlət Universiteti, Azərbaycan, Qafqaz universitetləri, Naxçıvan Özəl Universiteti

Riyaziyyat müəllimliyi-193  yer -Bakı Dövlət Univeristeti, Azərbaycan Dövlət Pedoqiji Universitet, Gəncə Dövlət universiteti, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti

Komyuter elmləri - 157 yer- Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Nef Akademiyası, Aəzrbaycan Təfəkkür Universiteti, Azərbaycan Təfəkkür Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Polotexnik İnsitutu, Xəzər Universiteti

Fizika müəllimliyi- 142 yer – Bakı Dövlət Universiteti, Azərbaycanm Dövlət Pedoqoji Universiteti, Naxçıvan, Sumqayıt, Lənkəran  Dövlət Universitetləri, Qafqaz Universiteti

 

 

II qrup ixtisaslar

 

İqtisadiyyat- 280 yer- Bakı Dövlət Universiteti, Azərbyacan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universitet (Gəncə ş.), Gəncə Dövlət Universiteti ,Mingəçevir Politexnik İnsitutu, Lənkəran Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Qərb Universiteti, Xəzər Universiteti, Bakı Biznes Universiteti, Naxçıvan Özəl Universitet

Menecment- 224 yer—Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universitet, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedoqoji Univesitet, Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universiteti, Azərbaycan Turizm İnsitutu, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş.), Gəncə Dövlət Universiteti, Azərbayacan Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan, Qərb, Xəzər və Bakı Biznes Universitetləri

Sənayenin təşkili və idarə olunması-191-  Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Təfəkkür Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Univesiteti, Mingəçevir Politexnik İnsitutu, Qafqaz Universitei, Bakı Biznes Universiteti

Biznesin idarə edilməsi- 183 yer- Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Təfəkkür universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsaənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt, Lənkəran,  Dövlət Universitetləti, Azərbaycan Koopersiya Universiteti, Qərb, Qafqaz, Odlar Yurdu, Bakı Biznes Universitetləri

Mühasibat uçotu və audit- 164 yer-  Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Univesiteti, Azərbaycan Dövlət Aqrar Univesiteti(Gəncə ş), Gəncə, Sumqayıt Dövlət Universitetləri, Azərbaycan Kooperasiya, Odlar Yurdu, Bakı Biznes Universitetləri, Naxçıvan Özəl universite

 

III qrup ixtisaslar

 

Xarici dil müəllimliyi (dillər üzrə)- 420 yer- Bakı Dövlət Universiteti,  Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnsitunun Gəncə, Mingəçevir, Şəki filialları, Naxçıvan, Gəncə, Lənkəran Dövlət universitetləri, Azərbaycan Universiteti, Asiya Universiteti, Təfəkkür Universiteti, Naxçıvan Özəl Universiteti

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi - 320 yer-  Bakı Dövlət Univesiteti, Azərbaycan Dövlət Pedoqoji Döpvlət Univesiteti, Azərbaycan Dillər Unioversiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnsitutu, eyniz zamanda AMİ-nin filialları, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran Dövlət Universitetləri, Azərbaycan Universiteti, Asiya Universiteti, Təfəkkür Univüersiteti, Naxçıvan Özəl Universiteti

İbtidai sinif müəllimliyi- 250 yer- Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnsitutu və onun filialları, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnsitutu, Gəncə Dövlət Universiteti və Naxçıvan Özəl Universiteti

Tarix müəllimliyi- 150 yer- Bakı Dövlət Universiteti,  Azərbaycan Dövlət Pedoqoji Universiteti, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt Dövlət Universitetləri, Azərbaycan Universiteti, Asiya Universiteti, Naxçıvan Özəl Universitet

Regionşünaslıq (regionlar üzrə)-130 yer- Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Universitei, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm İnsitutu, Qərb Universiteti, Bakı Avrasiya Univeristeti (Yaxın və Orta Şərq ölkələri) 

IV qrup ixtisasları

 

Bədən tərbiyəsi və idman- 362 yer- Azərbaycan Turizm İnsitutu, Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyası, Naxçıvan və Gəncə Dövlət Universitetləri

Biologiya müəllimliyi- 150 yer- Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə və Sumqayıt Dövlət Universitetləri

Müalicə işi135 yer- Azərbaycan Tibb Universiteti

Kimya müəllimliyi -106 yer- Bakı Dövlət Univesiteti,  Azərbaycan Dövlət Pedoqoji Universiteti, , Naxçıvan Dövlət Universiteti,  Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti

Ekologiya- 92 yer- Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti,Azərbaycan Dövlət İqtisad Universiteti,  Azərbaycan Dövlət Aqrar Universiteti(Gəncə şəhəri), Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti

 

Bütün bunlardan nəticə çıxarmaq və ixtisas seçimini düzgün aparmaq yenə də abituriyentlərin özlərindən asılıdır. Təhminə Paşayeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı