Modern.az

Fransada işsizlik rekord həddə çatıb

Fransada işsizlik rekord həddə çatıb

28 Avqust 2014, 11:00

İyul ayında Fransada rəsmi qeydə alınan işsizlərin sayı 0,8 faiz artıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən ilin nəticələri ilə müqayisədə işsiz fransızların sayı 4,3 faiz çoxalıb. İyul ayında 3,4 milyon adam iş axtarıb ki, bu da iyun ayı ilə müqayisədə 26 min nəfər çoxdur. Fransa prezidenti Fransua Olland bir müddət əvvəl çoxsaylı iş yeri yaradılması ilə bağlı tədbir görüləcəyinə vəd verib. Ancaq Fransa iqtisadiyyatındakı problemlər getdikcə daha da dərinləşir, nazirlərin bir qismi sərt iqtisadi siyasətin əleyhinə çıxış ediblər, bu da nəticədə yeni kabinetin formalaşdırılması ilə nəticələnib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü