Modern.az

Rumıniyada prezidentliyə 12 namizəd qeydə alınıb

Rumıniyada prezidentliyə 12 namizəd qeydə alınıb

Dünya

24 Sentyabr 2014, 14:07

Rumıniyada noyabrın 2-də keçiriləcək prezident seçkilərində mübarizə aparacaq 12 nəfərin namizədliyi qeydə alınıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rumıniya Konstitusiyasına əsasən namizədliyinin qeydə alınması üçün hər bir iddiaçı minimum 200 min seçici imzası təqdim etməlidir.

Prezidentlik uğrunda yarışın favoriti sosioloji sorğuların nəticələrinə görə hakim koalisiyaya daxil olan Sosila-Demokrat Partiyasından namizədliyi irəli sürülən baş nazir Viktor Pontadır. Onun əsas rəqibi Rumıniyanın Sibiu şəhərinin meri, Millətçi-Liberal Partiyanın dəstəklədiyi Klaus Yohaniss hesab olunur. İndiki dövlət başçısı Trayan Beseskunu dəstəkləyən sağ yönlü partiyalar da namizədlərini irəli sürüblər. O, keçmiş turizm naziri, Xalq Hərəkatının indiki sədri Elana Udryadır.

Prezidentlik uğrunda yarışın digər iştirakçıları Rumıniya Senatının sədri Kelin Popesku Teriçana, Rumıniya macarlarının Demokratik İttifaqının rəhbərlərindən biri, keçmiş mədəniyyət naziri Kelemen Xunor və başqalarıdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı