Modern.az

Bakı sakinindən 100 min dollar tələb edən dəstə tutulub

Bakı sakinindən 100 min dollar tələb edən dəstə tutulub

Təhsil

29 İyul 2010, 13:33

Bakı şəhər sakini Anar Ağayev Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 23-də saat 22.00 radələrində Binəqədi qəsəbəsi ərazisindəki çay evində maska geymiş 3-4 naməlum şəxs tərəfindən əl-qolu yapışqanlı lentlə bağlanılıb, döyülüb və ondan 100 min dollar pul tələb edilib. Modern.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib. DİN-in məlumatına görtə, Binəqədi RPİ 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qobustan qəsəbə sakinləri Mahir Qurbanov, qardaşı Asim, Beyləqan rayon sakini Nicat Əlyarov, Bakı şəhər sakinləri Emin Aslanov və Vüqar Rzayev tutulub. Faktla əlaqədar cinayət işi başlanıb. Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır