Modern.az

30 min 662 abituriyent kolleclərə sənəd verib

30 min 662 abituriyent kolleclərə sənəd verib

Təhsil

11 Avqust 2010, 19:32

Bu il 9-cu sinfi bitirən 30 min 662 abituriyent kolleclərə sənəd verib. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən rəhbəri Elnur Nağızadə məlumat verib.

E.Nağızadə sözlərinə görə, abituriyentlər internet vasitəsilə elektron ərizələrini  təsdiq etdiriblər.
Qeyd edək ki, abituriyentlər ərizələrində müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olmaqla 12-dək ixtisas kodu seçiblər.

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 29-da keçiriləcək.

Aituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərinin hər fəndən 15 suala cavab verməlidirlər.

Bu il 9 illik təhsil bazasından 47 orta ixtisas təhsili müəssisəsində ayrılan plan yerlərinin sayı 9576-dır. Azərbaycan bölməsi üzrə 8539, rus bölməsi üzrə 242, birgə müsabiqə üzrə 795 plan yeri ayrılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü