Modern.az

AZAL-ın təyyarəsində qəza

AZAL-ın təyyarəsində qəza

12 Avqust 2010, 15:17

Bu gwn Azərbaycan Hava Yollarına (AZAL) məxsus Airbus-319 tipli təyyarə Bakı- İstanbul 075 aviareysini yerinə yetirərkən Atatürk Hava Limanında yerə enib. Daha sonra dönmə əməliyyatını həyata keçirərkən qəza baş verib.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli ANS-ə bildirib ki, hadisə 10:06-da Bakıdan İstanbula istiqamət götürmüş təyyarənin qabaq şassisində yaranmış nasazlıq üzündən baş verib.

Onun sözlərinə görə təyyarənin göyərtəsində 119 sərnişin olub və onların arasında xəsarət alan yoxdur. Hazırda təyyarədə yaranmış nasazlığın səbəbi araşdırılır.

Türkiyənin “Ayroport” xəbər informasiya portalı isə məlumat yayıb ki, hadisə təyyarənin şassisinin gec açılması nəticəsində baş verib. Üstəlik təyyarənin şinləri köhnə olub.Bu gün saat 11.00 radələrində Bakı-İstanbul reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus A319 tipli təyyarə Atatürk Hava Limanında 05-23 uçuş-enmə zolağına düşən zaman insident yaşanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı