Modern.az

Universitet rektorunun namizədliyini Qazaxdan verəcəyi xəbəri yayıldı

Universitet rektorunun namizədliyini Qazaxdan verəcəyi xəbəri yayıldı

16 Avqust 2010, 15:52

Daha bir millət vəkili, 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin deputatı, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin qarşıdan gələn parlament seçkilərində namizədliyini 107 saylı Qazax Seçki Dairəsindən irəli sürəcəyi xəbəri yayıldı. Bu barədə Modern.az saytına Qazaxdakı mənbələr məlumat verib.

Saytımızın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün deputatın özü ilə əlaqə saxayıb. Modern.az-a açıqlamasında Əhməd Vəliyev bildirib ki, o, seçki ilə bağlı son qərarını hələ verməyib: “Biz partiyamızın qərarını gözləyirik. Ancaq onu deyə bilərəm ki, bu, 107 saylı Qazax Seçki Dairəsindən kimlərinsə arzusu ola bilər. Bir daha qeyd edim ki, mən seçkiyə gedib-getməmək barədə son qərarımı verməmişəm”.

Sualımızı təkrar etsək də Ə.Vəliyev  107 saylı dairədən namizəd olacağı barədə deyilənləri nə təkzib etdi, nə də təsdiq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü