Modern.az

Obama xristianmı, müsəlmanmı?

Obama xristianmı, müsəlmanmı?

Təhsil

20 Avqust 2010, 11:53

ABŞ-da keçirilən bir ictimai araşdırmada iştirak edən vətəndaşların beşdə biri prezident Barak Obamanın müsəlman olduğunu zənn etdiyini bildirib. Bunun ardından, Ağ Evdən "prezident xristiandır" açıqlaması verilib.

Ağ Ev spikeri Bill Burton jurnalistlərə açıqlamasında prezident Obamanın hər gün dua edən bir xristian olduğunu vurğulayıb: “Prezident açıqca xristiandır. Hər gün dua edər".

“Pev” Araşdırma Mərkəzinin anket sorğusu nəticəsində nizamlı olaraq kilsəyə getməsinə və dəfələrlə xristian olduğunu söyləməsinə rəğmən, Obamanın gerçəkdə müsəlman olduğuna inananların sayının artdığı təyin olunmuşdu.

Sorğu anketlərində respublikaçıların üçdə birinin Obamanın müsəlman olduğuna inandığı, hər hansı bir siyasi partiyaya bağlı olmayan vətəndaşlardan bu fikiri daşıyanların nisbətinin isə bir il içində 8 dəfə artaraq yüzdə 18-ə çıxdığı yazılıb.

Buna paralel olaraq Obamanın xristian olduğunu düşünənlərin nisbətinin son bir ildə təxminən yarıbayarı azalaraq yüzdə 34-ə düşdüyü qeyd edilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır