Modern.az

İlanvurmalar artıb, 2 nəfər ölüb

İlanvurmalar artıb, 2 nəfər ölüb

20 Avqust 2010, 14:29

Bu ilin aprel ayından indiyə qədər ilanvurmalarla bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 58 müraciət daxil olub. Şöbə müdiri Azər Maqsudov Modern.az saytına bildirib ki, ilan sancmaları Bakı şəhərində, əsasən köhnə Əhmədli qəsəbəsində, Bakıətrafı kəndlərdə-Maştağa, Buzovna, Nardaran, Zirə, Qobu, Qobustanda, Qaradağ rayonunda qeydə alınıb: “Bir də respublikanın aran rayonlarından Bərdə, Yevlax, İsmayıllıdan da ilan sancan xəstələr gətiriblər. Bundan başqa, subasma bölgəsi olan Sabirabad, Saaatlı, Salyan rayonundan ilanvurmalarla bağlı müraciət edənlər olub”.

A.Maqsudov deyib ki, aprel ayından indiyə kimi ilan sancmaları nəticəsində 2 nəfər dünyasını dəyişib.

“Bu il Azərbaycanda havaların isti keçməsi, eyni zamanda bəzi aran rayonlarının ərazilərini  su basması ilə əlaqadar ilan sancmaları halları artıb. Keçən il ilan sancmaları ilə bağlı 48 müraciət olmuşdu. Ancaq bu il hələ avqust ayıdı, artıq 58 müraciət var, hələki mövsümün başa çatmasına 2 ay qalıb”.

A.Maqsudovun sözlərinə görə, ilanların şəhərələrdə çoxalmasının əsas səbəbi  tikinti aparılan sahələrin artması ilə əlaqədardır: “Harda tikinti gedir orada ilan yuvalarında tərpənişlər olur, onlar da yuvalardan çıxıb həyətlərə qaçırlar”.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü