Modern.az

Qeyri-sabit hava 25 avqustadək davam edəcək

Qeyri-sabit hava 25 avqustadək davam edəcək

Təhsil

22 Avqust 2010, 18:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, paytaxt və regionlarda temperatur 5-10 dərəcə aşağı düşüb. Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti avqustun 25-nə qədər davam edəcək.

Avqustun 23-də havanın tutulub açılacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 19-21, gündüz 25-30 dərəcə isti olacaq.

Temperaturun dəyişməsi paytaxtla yanaşı regionlarda da güclü şimal-qərb və qərb küləyinin əsməsinə səbəb olacaq. Bölgələrdə küləyin maksimal sürəti saniyədə 25-28 metr olacaq.

Avqustun 23-də əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək, avqustun 23-də şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 25-30, avqustun 23-də 28-33, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti olacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü