Modern.az

ABŞ Ermənistana hərbi yardımı azaldacaq

ABŞ Ermənistana hərbi yardımı azaldacaq

Dünya

3 Fevral 2015, 15:08

Ağ Ev ABŞ-ın 2016-cı ildəki dövlət büdcəsində Azərbaycan və Ermənistana eyni miqdarda hərbi yardımın ayrılmasını nəzərdə tutub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Obama administrasiyası hər iki dövlətə 2,3 milyon dollar ayrılmasını təklif edir.

Ümumilikdə isə Ermənistana növbəti maliyyə ilində 18 milyon 360 min dollar vəsaitin ayrılması nəzərdə tutulur. Bu, Ermənistana müstəqillik əldə etdikdən sonra ABŞ-ın ayırdğı ən kiçik maliyyə yardımıdır.  

Eyni zamanda, sənəddə Dağlıq Qarabağdakı separatçı rejim üçün 2016-cı ildə heç bir maliyyə yardımı ayrılması nəzərə tutulmayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir