Modern.az

Nemtsovun qətlinin əsas şahidi ölümlə hədələnir

Nemtsovun qətlinin əsas şahidi ölümlə hədələnir

Dünya

6 Mart 2015, 12:59


Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlində əsas şahid olan Ukrayna vətəndaşı Anna Duritskaya naməlum şəxslər tərəfindən təhdid olunduğnu deyib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Martın 5-də Kiyev vilayətinin Belosterkovskoe rayon Polis İdarəsinə müraciət edən və rusiyalı siyasətçi Boris Nemtsovun qətlində əsas şahid olan Anna Duritskaya valideynlərinin yaşadığı ünvanda olarkən naməlum şəxslər tərəfindən ölümlə hədələndiyini bildirib”.

Faktla bağlı Ukrayna Baş Prokurorluğunda cinayət işi açılıb. Ukraynanın baş prokuroru Viktor Şokin isə Anna Duritskyanın həyat və sağlamlığının qorunması üçün göstəriş verib.

Boris Nemtsov fevralın 27-də gecə saatlarında Moskvanın mərkəzində öldürülüb. Qətl zamanı siyasətçinin yanında olan sevgilisi Anna Duritskaya hadisənin əsas şahidi idi.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı