Modern.az

Prezident qalmaqallı oliqarxı vəzifədən azad etdi

Prezident qalmaqallı oliqarxı vəzifədən azad etdi

Dünya

25 Mart 2015, 12:08


Ukrayna prezidenti Pyotr Poroşenko İqor Kolomoyskinin Dnepropetrovsk vilayəti başçısı vəzifəsindən istefası haqqında fərman imzalayıb.
Bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, sənədi Poroşenko Kolomoyskinin xahişi ilə onunla şəxsi söhbəti zamanı imzalayıb.

Prezident müvəqqəti olaraq Valentin Rezniçenkonu Dnepropetrovsk vilayət başçısı vəzifəsinin icraçısı təyin edib.

Qeyd edək ki, ötən həftə jurnalisti söyərək təhqir etdiyinə görə, İqor Kolomoyskiyə töhmət elan edilmişdi.

İqor Kolomoyski Ukraynada oliqarxlardan olaraq tanınır. Martın 19-da Ali Rada tərəfindən səhmdar cəmiyyətlər haqqında qanunda qəbul olunmuş düzəlişlər nəticəsində İqor Kolomoyskini energetika müəssisələri üzərində, konkret olaraq “Ukrtransnafta” şirkətinə nəzarətdən məhrum edib.

Bununla da Kolomoyski ilə Ukrayna hakimiyyəti arasında qalmaqalın əsası qoyulub.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı