Modern.az

Əcnəbi eks-baş nazir prezident Poroşenkonun məsləhətçisi oldu

Əcnəbi eks-baş nazir prezident Poroşenkonun məsləhətçisi oldu

Dünya

2 Aprel 2015, 15:50


Slovakiyanın keçmiş baş naziri Mikulaş Dzurinda Ukrayna prezidenti Pyotr Poroşenkonun iqtisadi və siyasi məsələlər üzrə məshətəçisi olmaq barədə aldığı təklifi qəbul edib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Dzurinda Ukraynanın geniş islahatlara ehtiyacının olduğunu və öz tərcrübəsindən istifadə edərək Ukrayna üçün faydalı olacağını deyib.

“Pyotr Porşenkonun Dzurindaya etdiyi təklif çərşəmbə axşamı verilib və artıq növbəti gün siyasətçi bu təklifi qəbul edib. Mikulaş Dzurinda Slovakiyanın baş naziri və xarici işlər naziri kimi böyük təcrübəyə sahibdir və Avropa yolunda Ukrayna üçün önəmli islahatlar keçirməkdə yardımçı ola bilər”, - Ukrayna tərəfi bəyan edib.  

Mikulaş Dzurinda 1998-2006-cı illərdə Slovakiyanın baş naziri olub.  

Modern.az 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı