Modern.az

İŞİD-lə bağlı məlumatların azalmasının iki səbəbi var – Sülhəddin Əkbər

İŞİD-lə bağlı məlumatların azalmasının iki səbəbi var – Sülhəddin Əkbər

Aktual

21 Aprel 2015, 14:51


Əvvəllər mediada "İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qoşulmaq istəyən azərbaycanlılarla bağlı məlumatlara tez-tez rast gəlinirdi. Son zamanlar belə məlumatlar azalıb.

Əslində real vəziyyət necədir? İŞİD-ə qoşulanlarla bağlı məlumatlar mediadan  gizlədilirmi? Türkiyə sərhədində bu prosesə necə nəzarət olunur?

Modern.az saytı mövzu ilə əlaqədar  milli təhlükəsizlik nazirinin keçmiş müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin fikrilərini  öyrənib.

O bildirib ki, məlumatların azalmasının kökündə iki səbəbi var:

“Birincisi, burada Azərbaycan xüsusi xidmət orqanlarını gördüyü işdir və bunun hiss olunacaq təsiri var. İkincisi, görünür Azərbaycan hakimiyyəti belə qiymətləndirir ki, İŞİD haqqında məlumatların yayılması, həmin qruplaşmanın təbliğatına xidmət edir. Buna görə də məqsədyönlü şəkildə bu təbliğatın məhdudlaşdırılması başlayıb”.

Sülhəddin Əkbərin  qənaətinə görə, ötən illə müqayisədə Türkiyə xüsusi xidmət orqanlarının, ordunun gördüyü təbirlər nəticəsində də bu sahədə xeyli irəliləyiş var: “Təbii ki, burada Avropa ölkələri ilə informasiya mübadiləsinin də böyük əhəmiyyəti var.

Buna görə də Türkiyə ərazisindən İŞİD-ə qoşulanların sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Azərbaycan cəmiyyəti, xüsusən gənclər görməlidir ki, beynəlxalq terror təşkilatına qoşulmaq həm onların şəxsi həyatı üçün, həm ailələri üçün, xüsusən onların mübarizə apardığı islam adına nə qədər ziyanlıdır. Zənnimcə, bundan ciddi dərs çıxartmalıdırlar”.

Yeganə OQTAYQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü