Modern.az

Spiker də imza vərəqələrini götürdü

Spiker də imza vərəqələrini götürdü

22 Sentyabr 2010, 13:39

Milli Məclisin sədri Oqtay Əsədov parlament seçkilərində iştirak etmək üçün 8 saylı Binqədi birinci seçki dairəsindən imza vərəqələrini götürüb. Bu barədə Modern.az-a MSK-nın mətbuat xidmətindən məlumat verilib. Yeni Azərbaycan Partiyası spikerin namizədliyini bu dairədən dəstəkləyəcək. Oqtay Əsədovun rəqibi AXCP-Müsavat blokunun üzvü, millət vəkili Arzu Səmədbəylidi.

Oqyay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Beynəlxalq Su Assosiasiyasının üzvüdür.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olub. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2005-ci il noyabrın 6-da 45 saylı Abşeron seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Dövlətlərin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.

Evlidir, 2 övladı var.

Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı