Modern.az

Minsk qrupu tərəflərin işinə müdaxilə etməməlidir

Minsk qrupu tərəflərin işinə müdaxilə etməməlidir

Aktual

27 Aprel 2015, 22:53

London Universiteti yanında Şərqşünaslıq tədqiqatları Mərkəzinin elmi işçisi, politoloq Louren Broers Dağlıq Qarabağ münaqişəsinin perspektivi barədə proqnoz verib.

Modern.az saytının verdiyi məlumata görə ekspert Azərbaycan və Ermənistan arasındakı münaqişənin yeni müharibə ehtimalı yaratdığını bildirib.  

Onun fikrincə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün lazımi addımlar atmır. Politoloq ATƏT-in Minsk qrupunun həmsədrlik formatında dəyişiklik aparılması məsələsində də danışıb.  

O, Almaniyanin həmsədr olması ilə bağlı səslənən təkliflərə münasibət bildirərkən qeyd edib ki, Minsk qrupunun fəaliyyəti dalana dirəndiyindən bu qurumda dəyişiklik edilməsi zəruridir.

Bununla belə ekspert tərəflərin özlərinin aktiv olmasının vacibliyini də vurğulayıb:

“Amma mən istəyirəm ki, Azərbaycanla Ermənistan qarşılıqlı təmaslarda olsunlar və Minsk qrupu bu prosesə müdaxilə etməsin. Azərbaycan və Ermənistan prezidentləri, müdafiə nazirləri Qarabağ münaqişəsində yeni yanaşma ortaya qoya biləcəkləri aktual məsələdir. Hesab edirəm ki, bu istiqamət daha effektiv olacaq, nəinki həmsədrlərin dəyişməsi”.

Aqşin Kərimov


Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı