Modern.az

İŞİD Suriyada internet istifadəsinə məhdudiyyət qoyub

İŞİD Suriyada internet istifadəsinə məhdudiyyət qoyub

23 İyul 2015, 17:02

Modern.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, İŞİD Suriyanın şimalında yerləşən Rakka şəhərində xalqa və öz üzvlərinə internet istifadəsinə məhdudiyyət qoyub.

Rakkanın yerli media fəallarından Əhməd əl-Tabkavi xalqın saat 09.00 ilə 17.00 arasında interneti istifadə edə biləcəyini açıqlayıb:

“İŞİD-in tabeliyində olan Rakka vilayətində xalq artıq gündə yalnız 8 saat internetdən istifadə edə bilir. Bu terror təşkilatının üzvlərinə də aiddir. Qoyulan qanuna əməl etməyənlər təşkilat tərəfindən cəzalandırılır".

İŞİD bu ay içərisində Rakkada video və foto çəkən iki yerli media nümayəndəsini öldürüb.

Sevinc Yasinqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü