Modern.az

İŞİD Üçüncü Dünya Müharibəsi başlatmaq iddiasındadır

İŞİD Üçüncü Dünya Müharibəsi başlatmaq iddiasındadır

29 İyul 2015, 23:44

İraq-Şam İslam Dövlətinin (İŞİD) terrorçuları “Əl-Qaidə” və “Taliban”la birləşərək “məğlubedilməz ordu” yaratmağa və Üçüncü Dünya Müharibəsi başlamağa hazırlaşır. Modern.az saytı bildirir ki, bu haqda “Daily Star” nəşri xəbər yayıb. Məlumatda iddia edildiyinə görə, ekstremistlər hərbi münaqişəni Hindistana hücum etməklə başlatmaq niyyətindədirlər.

Yaraqlılar etiraf edirlər ki, layihə hazırlıq mərhələsindədir, ancaq bu addım ABŞ-la kəskin qarşıdurma yaradacaq. Qruplaşmanın bu cəhdi ingilis dilli nəşrlərin istinad etikləri sənədin 32-ci səhifəsində öz əksini tapır.

Sənəddə qeyd edilir: “ABŞ-la birbaşa qarşıdurmaya getmək əvəzinə biz ərəb dünyasında hərbi üsyana üstünlük verməliyik. ABŞ hətta əgər bizə öz müttəfiqləri ilə hücum etməyə cəhd göstərərsə, bu, şübhəsiz baş verməlidir, müsəlman ictimaiyyəti birləşəcək və onlara sonuncu döyüş dərsi verəcək”.

Yaraqlıların manifestində deyilir ki, ”Taliban”ın Pakistan və Əfqanıstandakı 10 fraksiyasının birləşməsi vahid “terror ordusu” formalaşdıracaq.

Sənəddə ABŞ-ın Əfqanıstandakı hərbçilərinə, sonradan Pakistanın hökumət binalarına hücum planı da öz əksini tapır. Bundan əlavə, sənəddə qeyd edilir ki, İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadi Yer kürəsindəki müsəlmanların vahid hökmdarı kimi tanınmalıdır.

“Daily Star”ın məlumatına görə, bu dəhşətli sənəd ABŞ kəşfiyyatının əlinə Pakistan vətəndaşı vasitəsilə düşüb. Mütəxəssislər sənədin həqiqi olduğunu təsdiqləyərək, xəbər veriblər ki, beynəlxalq ictimaiyyətə qarşı real təhlükə gözlənilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü