Modern.az

Ramzan Kadırova sui-qəsd planının detalları açıqlandı

Ramzan Kadırova sui-qəsd planının detalları açıqlandı

Dünya

30 İyul 2015, 23:37


Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov respublika rəhbəri Ramzan Kadırova sui-qəsd planı hazırlığı ilə bağlı ərtaflı məlumat açıqlayıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Alxanovun sözlərinə görə, 2015-ci il fevralın 24-də səhər Ramzan Kadırov növbəti dəfə tikintisi gedən “Qroznı dənizi” obyektinə baxmağa gedəcəkdi. Nazir deyib ki, cinayətkarlar respublika rəhbərinin tikintini necə yoxladığını bildiklərindən öz planlarını hazırlayıblar. Qeyd edək ki, sui-qəsdlə bağlı jurnalistlərə əvvəlcədən Ramzan Kadırov özü məlumat verib.

Nazirin dediyinə görə, fevralın 24-də gecə üç quldur Ramzan Kadırovun gəlişi zamanı partlamaq üçün partlayıcı maddə yerləşdiriblər. Ancaq onların arzusu reallaşmayıb: bomba gecə, onlar “Jiquli” markalı avtomobillə gedən kimi partlayıb.

Ruslan Alxanov qeyd edib ki, quldurları polislər təqib etməyə başlayıblar və təslim olmaları üçün bir neçə xəbərdarlıq atəşi açıblar. Ancaq yaraqlılar özlərini partlatmağa üstünlük veriblər: “Onların hər üçü tanınıb, Nadtereçnıy rayon sakinləri Dokka Xaçukaev, Adam Zavraev və Said-Maqomed Paramazov. Onların üstündə tapança da aşkarlanıb”.

Nazirin sözlərinə görə, bundan üç gün sonra, martın 2-də Voykovo qəsəbəsindəki mənzillərdən birində Qroznenski rayonunun əmiri Zelimxan Maqomedov saxlanılıb. O, quldurların sırasına 2009-cu ildən qatılıb və onunla danışığa şəxsən Ramzan Kadırov gedib. Qulduru təslim olmağa inandırmaq mümkün olub, o, istintaqla fəal əməkdaşlıq edib. Onun ifadəsi əsasında polis Ramzan Kadırova sui-qəsdin təşkilində iştirakçı olan 12 havadarını saxlayıb: “Ümumilikdə qruplaşmadan 5 nəfər məhv edilib”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir