Modern.az

Ankara ilə Moskva arasında GƏRGİNLİK: Rus səfir XİN-ə çağırıldı

Ankara ilə Moskva arasında GƏRGİNLİK: Rus səfir XİN-ə çağırıldı

5 Oktyabr 2015, 12:07

Suriyada “İslam dövləti” terror təşkilatına qarşı hava əməliyyatlarına başlayan Rusiya qeyri-qanuni addım atıb.

Modern.az saytı xəbər verir ki, Rusiyaya məxsus bombardmançı təyyarələrdən biri qanunsuz şəkildə Türkiyə hava məkanına daxil olub.  

Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib ki, hadisə 3 oktaybrda Hatayın Yayladağı bölgəsində baş verib.  

Məlumata görə, Rusiyanın qırıcı təyyarəsi Türkiyə hava məkanı üzərindən Suriyaya keçib.  

“Bölgədə iki F-16 qırıcı təyarələrimiz tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Bundan sonra Rusiya təyyarəsi Türkiyənin hava sərhədlərini tərk edərək Suriyaya keçib”,-deyə Türkiyə tərəfinin yaydığı məlumatda bildirilib.  

Bundan sonra Rusiyanın Ankaradakı səfiri XİN-ə çağırılıb və ona belə hadisənin bir də təkrarlanması üçün xəbərdarlıq edilib.

Xarici işlər naziri Firidin Sinirlioğlu isə rusiyalı həmkarı Sergey Lavrov, ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri, Fransa və Böyük Britaniyanın XİN başçıları ilə əlaqə saxlayıb.  

Aqşin Kərimov


Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü